1224
Bir çox milli komandalar beynəlxalq yoldaşlıq oyunlarında güclərini sınayırlar. “Qəbələ”nin futbolçusu Sergey Zenyovun da meydana çıxdığı oyunda Estoniya millisi Malta ilə bərabərliyə razılaşıb. “Pribaltika”lıların yeganə qoluna Zenyov imza atıb. Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Çexiya isə Ermənistan millisi ilə qarşılaşıb. Matç çexlərin 3:0 hesablı darmadağını ilə yekunlaşıb.Seçmə mərhələdəki digər həmqrupumuz Norveç isə Belarusa uduzub – 0:1.Gecənin digər oyunlarında Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi Mərakeşlə, rəqibimiz Almaniya isə Finlandiya ilə qarşılaşıb. (Qeyd edək ki, bumatç “panzerlər”in təcrübəli futbolçusu Bastian Şvaynştayger üçün həm də vida görüşü olub. Milli komanda ilə azarkeşlərin alqışları arasında göz yaşları ilə vidalaşan oyunçu yekunda komandasının 2:0 hesablı qələbəsinə şahidlik edib.Qolları 55-ci dəqiqədə Mayer və 77-ci dəqiqədə Məsut Özil vurub).
Azərbaycanlı futbolsevərlərin maraqla izlədiyi Türkiyə yığması da gücünü sınayanlar arasındadı. “Ay-ulduzlular” Şimal qonşumuz Rusiya ilə oynayıb. Antalyada keçirilən görüşdə qapılara qol vurulmayıb.
31 avqust
Estoniya – Malta – 1:1
Qollar: Zenyov, 57 – Effionq, 59
Norveç – Belarus – 0:1
Qol: Krivets, 56
Çexiya – Ermənistan – 3:0
Qollar: Kreyçi, 4, Kadleç, 34, Kopiç, 86
Danimarka – Lixteynşteyn – 5:0
Qollar: Yorgensen, 30, 33, Kornelius, 49, Fişer, 26, Larsen, 84
Albaniya – Mərakeş – 0:0
Türkiyə - Rusiya – 0:0
Almaniya – Finlandiya – 2:0
Qollar: Mayer, 55, Məsut, 77
İrlandiya – Oman – 4:0
Qollar: Breydi, 8, Kin, 30, Valters, 34, 63