1685
Kiyevin "Dinamo" komandası ilə superkubok oyunu ərəfəsində Hacının "Styaua" komandasına transferi özünü doğrultdu. O, "Styaua"nın superkuboku qazanmasına səbəb olan yeganə qolu "Dinamo"nun qapısından keçirərək həyatındakı ən böyük qələbəni bayram etdi.
Hacının "Styua"da oynadığı illər onun karyerasında ən parlaq dövrlərdən birinə çevrildi. O, "Styua"da yarımmüdafiəçi rolunda çıxış etməsinə baxmayaraq meydana çıxdığı 97 oyunda rəqib qapılarından 85 top keçirdi. Həmin dövrdə Hacının ötürdüyü hər ötürmədən 3-ü qolla nəticələnirdi. Amma onun o dövrdə qolla nəticələnən ötürmələrinin statistikasını aparan olmayıb. Hacı "Styua"da oynadığı 4 ildə adı çəkilən komanda 4 dəfə ölkə çempionu oldu, 3 dəfə Rumıniya kubokunu aldı, 1 dəfə Avropa superkubokunun sahibi oldu. Bu oyununa görə Hacı dünyanın aparıcı futbol klublarının diqqətini özünə cəlb elədi. Lakin o vaxt sosialist ölkəsi olan Rumıniyada Hacını xarici klubda oynamağa icazə vermədilər. Bununla belə 1990-1991-ci il mövsümündə sosialist rejiminin yıxılmasından sonra o dövr üçün olduqca böyük hesab edilən 4,3 milyon dollara Hacı "Real" Madridə transfer olundu. Amma ilk dönəmdə Hacı "Real"ın arzularını doğrulda və onların istədiyi oyunu nümayiş etdirə bilmədi. Onun İspaniyaya adaptasiya prosesi olduqca ağır keçdi, Hacıya əsas heyətdə şans verilməsinə baxmayaraq, o, rəqib qaplarından qol keçirməkdə çətinlik çəkirdi. Ona görə də növbəti mövsümdə "Real" rəhbərliyi ümidləri doğrultmayan Hacını geri göndərmək və ya onu başqa komandaya transfer etmək qərarına gəldi. Lakin Hacı klub rəhbərliyindən ona daha bir il şans verməsini xahiş edərək "Real"da qalmağa nail ola bildi. Həqiqətən də Hacı növbəti mövsümdə "Real"ın heyətində ən yaxşı oyunlarından birini keçirdi. Lakin "Real" həmin mövsümdə çempion ola bilmədi və yalnız ikinci yerlə kifayətləndi. Hacı "Real"ın heyətində 64 oyunda meydana çıxdı və rəqib qapılarından 15 top keçirdi. Onun 42 ötürməsi isə qolla nəticələndi. Bununla belə komandanın ölkə çempionatında ikinci yeri tutmasından sonra "Real" rəhbərliyi komandada islahatlar apardı. Yenidən formalşadıırlan komandada Hacıya yer tapılmadı. Nəticədə Hacı İtaliyanın B liqasında çıxış edən "Breşia" komandasına icarəyə verildi. Hacı bu komanda ilə güclülər dəstəsinə vəsiqə qazandı. Ancaq Hacının oynadığı "Breşia" A seriyasında davam gətirə bilməyərək yenidən B qrupuna yuvarlandı. Bundan sonra Hacı "Breşia"nı tərk etmək məcburiyyətində qaldı.
Həmin dövrdə İspaniyadakı və İtaliyadakı uğursuz karyerasına baxmayaraq, Hacı ölkə yığmasının heyətində parlaq oyun nümayiş etdirməkdə davam edirdi. 1994-cü ildə yığma komanda heyətində gözəl oyunu ilə Hacı məşhur futbolçu və məşqçi Kruiffin diqqətini özünə cəlb etdi. Hacının ölkə yığmasının heyətndə nümayiş etdirdiy oyunu izləyəndən sonra Kruiff: "Hacı hazırda dünyanın ən yaxşı oyunçusudur. O əsl ulduz futbolçudur", - demişdi.
Kruiff o vaxt "Barselona" komandasınının baş məşqçisi idi. O, Hacını "Barselona"ya dəvət etdi. Hacı Kruififn bu təklifini qəbul edərək "Barselona"da oynamağa başladı. Amma Kruiff əksər hallarda Hacını ehtiyatda saxlayırdı və onu yalnız ikinci hissədə meydana buraxırdı. Bu isə start heyətində meydana çıxmaq istəyən Hacıya ağır psixoloji təsir göstərirdi. Ona görə də o, tez-tez baş məşqçi ilə mübahisə edirdi. Buna baxmayaraq iki il ərzində Hacı "Barselona"nın heytəində 51 oyunda meydana çıxaraq rəqib qapılarından 11 top keçirdi. Bundan əlavə, o, qolla nəticələnən 10 ötürmə verdi. 1996-cı ildə Hacı "Barselona"dan ayrılmağa məcbur oldu. Çünki Kruifflə artıq yola gedə bilmirdi. 1996-cı ildə "Barselona"dan "Qalatasaray"a transfer olunan Hacı tezliklə komandanın və Türkiyə azarkeşlərinin sevimliisnə çevrildi. Amma onun komandaya transferi əfəsində Türkiyə mətbuatında Hacının yaşının 31 deyil, 35 olduğu və məşhur futbolçunun düşünülmüş şəkildə yaşını azaltdığı barədə iddialar səsləndirildi. Hacı bu iddialara meydanda göstərəcəyi oyunla cavab verəcəyini söylədi. Həqiqətən də, "Qalatasaray"da Hacı gənclik illərində olduğu kimi gözəl oyun nümayiş etdirdi. O, həlledici məqamlarda atdığı qollarla komandasına qələbələr qazandırmaqda davam edirdi. "Qalatasaray"ın heyətində çıxdığı 132 oyunda rəqib qapılarında 59 top keçirdi. Hacı qolla nəticələnən 51 ötürmə verdi. Hacı "Qalatasaray"ın heyətində 2000-ci ildə Kuboklar kubokunu və UEFA superkubokunu qazandı.
Burada məsələ ilə bağl bir məqamı xatırlatmağı özümüzə borc bilirik. Belə ki, Haci "Qalatasaray"la müqavilə bağlayarkən ora əlavə bir bənd salınmasını istəyir. Klub rəsmiləri onun bu tələbini təbəssümlə qarşılayıb, dərhal da razılaşırlar.
Haci müqaviləyə "Qalatasaray" UEFA kubokunu qazansa, mənə əlavə 250 min dollar ödəyəcəksiniz" bəndinin salınmasını istəmişdi. O vaxtlar Türkiyə klublarının belə uğura imza atacağı klub rəhbərlərinə də nağıl kimi görünürdü. "Qalatasaray" UEFA kubokunu qazanandan sonra Haci müqavilədəki həmin bəndi klub rəhbərliyinin yadına salmalı olub...
O, düz beş mövsüm "sarı-qırmızılıların" formasını geyindi. O, karyerası ərzində ən çox elə bu formada meydana çıxdı və elə ikinci dəfə "Qalatasaray"da vurduğu çoxsaylı qollarla yadda qaldı. Hər kəsin məhəbbətini qazana bilmiş Haci 10 nömrəli forma geyinirdi. Bundan əlavə, oyunlarda göstərdiyi inanılmaz texnikası, cərimə zərbələrindən vurduğu gözəl qollarla "Qalatasaray" azarkeşlərinin unudulmaz oyunçuları arasına daxil ola bildi.
Vurduğu qollardan sonra "Qalatasaray" tribunalarından "I Love You Haci" şüarları səslənirdi. "Qalatasaray"la Türkiyə liqasında bir neçə dəfə çempionluq sevinci yaşayan Haci bu komandanın 2000 və 2001-ci illərdə UEFA və UEFA superkubokunu qazanmasında əmək sərf etdi. Bunlar Hacinin həyatının ən unudulmaz anları idi.
Georgi Haci 2000- 2001-ci il mövsümünün sonunda 36 yaşda "Qalatasaray"dan ayrıldı və futbolu tərk etdiyini bildirdi. Futbola əlvida dedikdən sonra bir çox mükafatlara layiq görüldü, 2004-cü ildə Pelenin tərtib etdiyi "100 ən yaxşı furbolçu" siyahısına daxil oldu, 2007-ci ildə Rumıniyanın "Ən böyük futbol əfsanəsi" elan olundu...
Əziz Mustafa