01.09.2016 12:56
1433
1433
2016/2017-ci illər mövsümü üçün "Qarabağ" növbəti transferini reallaşdırıb. Komandaheyətini qapıçı ilə gücləndirib. "Qarabağ" serbiyalı Boyan Şaranovla münasibətləri rəsmiləşdirib. Son mövsümü Serbiyanın "Partizan" klubunda keçirən qolkiperlə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Serbiya millisinin üzvü olan Şaranov bu ilin yanvar ayından "Partizan"da çıxış edirdi. O, Belqrad klubunda 18 oyun keçirib. Şaranov indiyə qədər bir dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına "Beoqrad" klubunda başlayanda yeni transfer "Makkabi" (Hayfa, İsrail), "Ergetolis" kimi komandalarda da forma geyinib.