çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Farer adaları ilə oyunən çətin matçlarımızdan olacaq"

01.09.2016 13:22 Oxundu 1282

"Avropa çempionatı da göstərdi ki, bütün komandalar futbol oynamağı bacarırlar. Bir az "boşalsaq", çətin olacaq. Onsuz da çətin olacaq, amma rəqibi qiymətləndirməsək, ağrısını yaşayacağıq. İlk gündən futbolçulara demişəm ki, Farer adaları ilə oyun qrupdakı ən çətin matçlarımızdan olacaq". Bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə apasport-a verdiyi müsahibədə deyib. O həmçinin bildirib: "Təbii ki, onlarla oyunda hücum etməliyik, amma müdafiəni yaddan çıxarmamaq şərti ilə. Rəqib hər an təhlükə yarada bilər. Çünki futbolçuları atletik cəhətdən güclüdülər, həm də hündürboyludular".

"Kərəm Benke, eləcə də Mahir Mədətovun yoxluğu hücum xəttində necə, problem yarada bilərmi?" sualına isə o, belə cavab verib: "Onların yoxluğunda hücumda Orxan Əliyevə şans veririk. O da hücumçu kimi hələ ki, üzərinə düşəni edir. Səhvləri olsa da, "Kəpəz"lə qarşılaşmada 2 qol vurdu".

Qeyd edək ki, sentyabrın 6-da U-21 seçmə mərhələdəki son ev oyununda Farer adalarını qəbul edəcək.