çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Azərbaycan millisi 1-ci səbətdə yer alıb

01.09.2016 15:19 Oxundu 1328

Futzal üzrə AÇ-2018 rekordla əlamətdar olacaq. apasportun məlumatına görə, yarışda ilk dəfə 48 komanda mübarizə aparacaq. Bunlardan ikisi tarixində ilk dəfə AÇ-lərdə qüvvəsini sınayacaq. Yarışın debütantları futbol nəhəngi Almaniya və quruma yeni üzv olan Kosovodu. UEFA artıq oktyabrın 12-də baş tutacaq püşkatmasının detallarını da açıqlayıb. 2018-ci il yanvarın 30-dan fevralın 11-dək Lyublyanada keçiriləcək final mərhələsinə meydan sahibi Sloveniya birbaşa qatılacaq. Digər 47 komanda ilkin və əsas seçmə mərhələlərində çıxış edəcək.

2017-ci il yanvarın 23-dən fevralın 1-dək ilkin seçmə oyunları baş tutacaq. 7 qrupdan 5-də 4, 2-də 3 komanda qüvvəsini sınayacaq. Bolqarıstan, Kipr, Gürcüstan, Cəbəllütariq, Latviya, Litva və Uels bu mərhələdə ev sahibləri olacaq.

Gələn il aprelin 3-12-də keçiriləcək əsas mərhələyə yalnız 7 qrup qalibi yüksələcək. Onlar birbaşa əsas seçmə mərhələyə qatılan 21 komandaya qoşulacaq. Burada hərəsində 4 komanda olmaqla 7 qrup formalaşacaq. Azərbaycan, Belarus, Qazaxıstan, Polşa, Rumıniya, Türkiyə və Ukrayna ev sahibi kimi meydana çıxacaq.

7 qrup qalibi Sloveniyaya vəsiqə əldə edəcək. İkinci yer sahibləri və ən yaxşı qrup üçüncüsü pley-offda 4 cütlük təşkil edəcək. Bu qarşılaşmalar 10-13 və 24-27 sentyabrda baş tutacaq.

Artıq hər iki mərhələnin püşkatması üçün təxmini səbətlər bəllidi. Düzdü, onların tərkibi DÇ-2016-nın final mərhələsindən sonra təsdiqlənəcək. Lakin indiki duruma əsasən Azərbaycan millisi 1-ci səbətdə yer alıb. Yarışa əsas seçmə mərhələdən başlayacaq Miltinyonun yetirmələri meydan sahibi kimi iştirak edəcəyi turnirdə nisbətən zəif səbətlərin komandaları ilə görüşəcək.

İlkin seçmə mərhələ

Meydan sahibləri

Latviya (1-ci səbət)

Gürcüstan (1)

Bolqarıstan (2)

Litva (3)

Kipr (3)

Uels (3)

Cəbəllütariq (3)

1-ci səbət

Fransa

Norveç

İsveç

İngiltərə

Yunanıstan

2-ci səbət

Moldova

Danimarka

Monteneqro

İsveçrə

Ermənistan

Andorra

3-cü səbət

Albaniya

İsrail

Estoniya

4-cü səbət

Malta

San-Marino

Şotlandiya

Almaniya

Kosovo

Əsas seçmə mərhələ

Meydan sahibləri

Ukrayna (1)

Azərbaycan (1)

Qazaxıstan (1)

Rumıniya (2)

Belarus (3)

Polşa (3)

Türkiyə (3)

2-ci səbət

İspaniya

Rusiya

İtaliya

Portuqaliya

2-ci səbət

Serbiya

Xorvatiya

Çexiya

Macarıstan

Slovakiya

Hollandiya

3-cü səbət

Belçika

Bosniya və Herseqovina

Finlandiya

Makedoniya

4-cü səbət

İlkin seçmə mərhələnin qalibləri