çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

... alınmadı

01.09.2016 19:59 Oxundu 1241

“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayevin Rumıniya klubu “Astra”ya transferi baş tutmayıb. apasport.az saytının məlumatına görə, bunu əməkdaşımıza açıqlamasında futbolçu özü deyib.

Milli üzvü bildirib ki, danışıqlar getsə də, son anda keçid alınmayıb. Artıq heç bir transfer gündəmdə deyil. Ən az qış fasiləsinə qədər Araz Abdullayev “Neftçi”nin formasını geyinəcək.

Qeyd edək ki, ölkə mətbuatında yayılan məlumatlara görə, Rumıniyanın “Astra” klubu futbolçumuzu transfer etmək istəyirdi.