1334
DÇ-2018-in seçmə mərhələsində San-Marino ilə oyuna hazırlaşan milli komandamızın açıq məşqi olub. Məşqdən əvvəl millimizin baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb:
“Hazırlıq çox yaxşı keçir. Artıq 8 gündü ki, birlikdəyik. Düzdür, bütün oyunçular lap əvvəldən bizimlə birlikdə deyildilər, ancaq istənilən halda prosesin gedişatından məmnunam. Təəssüf ki, Bədavi Hüseynov və Ruslan Abışov zədə səbəbindən bizimlə birlikdə ola bilməyəcəklər. Yüksək əhval-ruhiyyə ilə San-Marino ilə oyunu gözləyirik”.
- Kamran Ağayevin oyun praktikasından əziyyət çəkməsi sizi narahat etmir?
- Təssüf ki, o çox az oynayıb, ancaq məşqlərdə göstərdiyi əzmkarlıq məni qane edir. Biz ölkənin ən yaxşı qapıçılarına dəvət göndərmişik. Bütün komandada yaxşı motivasiya var.
- Bədavinin yerində kimi oynatmağı düşünürsünüz?
- Bu çox pis məqamdı, ancaq biz bununla barışmalıyıq ki, o, çıxış etməyəcək. Qalan bütün oyunçularda həvəs var və hamı oynamağa hazırdı.
- San-Marino ilə oyunda şansları necə dəyərləndirirsiniz?
- Biz isə ora qələbə üçün gedirik. Komandama inanıram.
- Emin Mahmudov və Ramil Şeydayev meydana çıxa bilər?
- Hələ bilmirəm. Deyəsən siz məndən bütün heyəti öyrənmək istəyirsiniz. Ancaq mən bu barədə heç nə deməyəcəm. Təəssüf ki, onlar öz klublarında oynamırlar, ancaq mən çox məmnunam. Hiss olunur ki, qəşəng məktəb keçiblər. Gələcəkdə bizə çox kömək edəcəklər.