çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Arena polo dünya kuboku Azərbaycanda

02.09.2016 09:48 Oxundu 2276

Ötən il ilk dəfə arena polo üzrə birinci Avropa çempionatını keçirən Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) sentyabrın 9-dan 11-dək CBC Sport arena polo üzrə dünya kuboku yarışını təşkil edəcək.Binə Atçılıq Mərkəzindəki “Elit Atçılıq və Polo” klubda təşkil ediləcək yarışda dörd beynəlxalq polo klubunu təmsil edən komandalar kubok uğrunda mübarizə aparacaq.

Yarışlarda iştirak edəcək “Evviva Polo Club St.Moritz” (İsveçrə), “Santa Maria Polo Club Sotogrande” (İspaniya), “Alegria Polo Club Buenos Ayres” (Argentina) və “Elit Atçılıq və Polo klub Bakı” (Azərbaycan) komandalarına “Gilan Holding”, “Badrutt Palace St. Moritz”, “Bogner” və “İtaldizain Group” şirkətləri sponsorluq dəstəyi göstərirlər. Yarışda yüz polo atı komandaların ixtiyarına veriləcək ki, onların 80-i Argentinadan, 20-i isə Qarabağ bölgəsindən gətirilib. Komandalar üç əsas idmançı və bir əvəzedici oyunçudan ibarət olacaq. Azərbaycan komandasının heyətində Tərlan Qurbanəliyev, Rəşad Həsənov, Elçin Camallı və Əli Rzayev yer alacaqlar. Komandamız yarışlara hazırlaşmaq üçün Argentinada keçirilən üç aylıq polo treninqində iştirak ediblər.

Artıq bir neçə ildir ki, ARAF Beynəlxalq Polo Federasiyası (BPF) ilə birlikdə yüksək səviyyəli arena polo üzrə turnirinin keçirilməsinə nail olur. BPF-nin prezidenti Reto Gaudenzi ARAF-ın prezidenti Elçin Quliyev tərəfindən federasiyanın polo üzrə beynəlxalq səviyyədə rəsmi nümayəndəsi təyin edilib. Elçin Quliyevin əməyi nəticəsində polo son dörd ildə Azərbaycanda beynəlxalq səviyyəyə çatdırılıb. 2015-ci ildə arena polo üzrə birinci Avropa çempionatında Azərbaycan komandasının qalibiyyəti buna ən parlaq misal ola bilər.

Dünya kuboku çərçivəsində paytaxtımızda “Bakı-Morits polo gecəsi” adlı tədbir təşkil olunacaq.

Bakıdakı dünya kuboku yarışlarına sentyabrın 9-da saat 18:00-dan etibarən start veriləcək. Final oyunu və qaliblərin mükafatlandırma mərasimi isə sentyabrın 11-də keçiriləcək.

Qeyd edək ki, qədim çövkən oyunun vətəni olan Azərbaycan 2013-cü ildən etibarən Beynəlxalq Polo Federasiyasının üzvüdür. Son illərdə Azərbaycanın paytaxtında ARAF, BPF və “Elit Atçılıq və Polo” klubun birgə təşkilatçılığı ilə üç uğurlu polo turniri keçirilib. Belə ki, Bakıda atçılığın polo növü üzrə iki dəfə dünya kuboku yarışları təşkil olunub. Yüksək səviyyədə keçirilmiş bu turnirlərdən sonra cari ildə Azərbaycan arena polo üzrə birinci Avropa çempionatına ev sahibliyi edib.

Proqram:

Cümə, 9 sentyabr 2016

17.00 Qapılar açılır

18.00 1 Polo matç: GILAN HOLDING-Italdizain Group

19.15 2 Polo matç: BADRUTT'S PALACE - Bogner

Şənbə, 10 sentyabr 2016

17.00 Qapılar açılır

18.00 1 Polo matç: BADRUTT'S PALACE -ITALDIZAIN GROUP

19.15 2 Polo matç: Bogner - GILAN HOLDING

20.00 Azersun Holding tərəfindən təqdim olunan və Badrutt Palace Hotel, Sankt-Morits və Elite Events Hall, Bakı təşkil olunan "Baku Morits" Polo Gecəsi.

Ticket Hotline - Bakı Polo Party:

(+994 55) 246 68 96 (+994 51) 664 52 51 (+994 50) 242 01 65 (+994 12) 565 31 51, (+994 55) 920 99 51

Bazar, 11 sentyabr 2016

17.00 Qapılar açılır

18:00 1 Polo matç final 3/4-cü yer üçün

19.15 2 Polo matç Final CBC Sport Arena Polo World Cup Azerbaijan 1/2-ci yer

20.00 Mükafat verilməsi mərasimi

Komandalar:

TEAM BADRUTT'S PALACE HOTEL (Evviva Polo Club St Moritz, İsveçrə)

Patrik Maletski (GER, +4)

Tito Gaudenzi (CH, +3)

René Kleinlugtenbelt (GER, +1)

TEAM GILAN HOLDING (Elite Horse & Polo Club Bakı, Azərbaycan)

Tarlan Gurbanaliyev (AZ, +2)

Rəşad Həsənov (AZ, +2)

Elçin Jamallı (AZ, +3)

Ali Rzayev (AZ, 0)

TEAM BOGNER (Santa María Polo Club Sotogrande, İspaniya)

Richard Faqan (IRL, +1)

Santiago Torreguitar (ESP, +4)

Mario Gomez (ESP, +3)

William Redford (ESP, +1)

TEAM İTALDİZAİN Group (Alegría Polo Club Buenos Aires, Argentina)

Fabio Meier (CH, +2)

Luca Meier (CH, +2)

Fabian Bolanterio (ARG, +4)

Werner Meier (CH, +1)

Komandalar üç əsas idmançı və bir əvəzedici oyunçudan ibarətdir.

MƏMURLAR

Münsif hakim: Marcelo Garrahan

Spiker: Jan-Erik Franck

Tabelçi: Christian Dunkelberg

Ball Hakim: Antonio D'Aurelio

Polo DJ: DJ Ray Douglas

Foto: POLO + 10