çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Messi: "Mən qayıtmaya bilməzdim"

02.09.2016 12:24 Oxundu 1711

Argentina millisinin kapitanı Lionel Messi Rusiyada baş tutacaq dünya çempionatının seçmə oyunu çərçivəsində Uruqvaya qarşı keçirdiyi oyundan sonra komandasının oyunundan razı qaldığını bildirib. (Həmin oyunda Argentina 1:0 hesabı ilə qalıb gəlib və qolun da müəllifi Messi olub). 29 yaşlı forvard yenidən milliyə qayıtmasından məmnunluğunu da vurğulayıb: "Baş məşqçi Edqardo Bausoy və komanda yoldaşlarım ilə danışıqlardan sonra mən bu komandaya qayıtmaya bilməzdim. Mən Argentina millisinə inanıram. Amerika Kubokunda uduzmağımıza baxmayaraq, komandamız əladır. Və mən yenidən onun sıralarında olmaqdan şadam".

Xatırladaq ki, o, Amerika Kubokunun finalında Argentinanın Çiliyə məğlub olmasından sonra yığmada karyerasını başa vurduğunu bəyan etmişdi: "Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu mənim qərarımdır", - deyə hücumçu bildirmişdi.

Məlumat üçün bildirək ki, Amerika Kubokunun iyunun 26-da keçirilən finalında Argentina və Çili yığmaları üz-üzə gəlmişdi.

Əsas və əlavə vaxtda hesab açılmadığından qalibi on bir metrlik cərimə zərbələri müəyyənləşdirilmişdi.

Çili futbolçuları daha dəqiq olumuşduar, nəticədə Çili yığması Argentinanı 4-2 məğlub edərək dalbadal ikinci dəfə Amerika Kubokunun qalibi olumuşdular. L. Messi penaltini dəqiq yerinə yetirə bilməmişdi.

Qeyd edək ki, bundan əvvəlki finalda da Argentina və Çili yığmaları qarşılaşmış, Çili 1-0 qalib gələrək kuboka sahib olmuşdu.