çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Manuel Noyer: "Almaniya yığmasının kapitanı olmaq böyük şərəfdir"

02.09.2016 12:28 Oxundu 1780

Münhenin "Bavariya" komandasının və Almaniya yığmasının qapıçısı Manuel Noyer özünün son təyinatı ilə bağlı məsələyə münasibət bildirib. O yerli mətbuata verdiyi açıqlamasında futbol üzrə Almaniya yığmasının kapitanı təyin edilməsinin özü üçün müəyyən qədər gözlənilməz olduğunu söyləyib. Manule Noyer:"Mən həmişə yığma komanadanın şərəfini qorumağı özüm üçün böyük şərəf hesab etmişəm. Şadam ki, son illərdə Almaniya yığmasının qazandığı uğurlarda az-çox mənim də payım olub. Amma sözün düzü bir vaxtlar Almaniya yığmasının kapitanı olacağıma inanmırdım. Mən ümumiyyətlə belə bir fikirdə də olmamışam. Amma bu, mənim üçün xoş sürpriz oldu. Bununla belə Almaniya yığmasının kapitanı olmaq böyük şərəfdir. Çalışacağam ki, mənə olan etimadı doğruldum",-deyib.

Xatırladaq ki, uzun illər Almaniya yığmasının kapitanı olan bastian Şvaynştayqer avqustun 31-də Finlandiya ilə keçirilən yoldaşlıq oyunundan sonra karyerasını başa vurduğunu bəyan edib. Onun yerinə isə Manuel Noyer almaniya yığmasının kapitanı təyin edilib.

Hazırladı: Əziz Mustafa