çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Belçikalı hakimlər idarə edəcəklər

02.09.2016 12:37 Oxundu 1154

Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San-Marino ilə ilk oyununun hakimləri müəyyənləşib. UEFA sentyabrın 4-də baş tutacaq qarşılaşmaya belçikalı hakimlər briqadasını göndərəcək. Matçın baş hakimi Sebastyen Delferyer olacaq. Ona köməkçiləri Yves de Neve və Co de Veyrdt yardım edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını Aleksandru Bukau yerinə yetirəcək. Referilərin işinə hakim-inspektor qismində makedoniyalı Emil Bojinovski qiymət verəcək. İsveçrəli Luka Zorzi isə UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, San-Marino – Azərbaycan oyunu sentyabrın 4-də Serravalle şəhərindəki 6664 nəfərlik tutuma malik milli stadionda keçiriləcək.