çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Futzal üzrə millimiz yoxlama oyunu keçirib

02.09.2016 14:46 Oxundu 1430

Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

Ölkə çempionatının yüksək liqasında çıxış edən klubların üzvlərindən ibarət yığma komandayla qarşılaşan milli 8:1 hesabı ilə qələbə qazanıb. Tyaqo Teles Martins dubl edib, Ramiz Çovdarov, Joze Poletto, Eduardo, İsa Atayev, Rizvan Fərzəliyev və Villiams hərəyə bir dəfə fərqlənib.
Bu komandalar arasında növbəti oyun sentyabrın 3-də, saat 21.00-da, ABU Arenada keçiriləcək.