02.09.2016 14:50
1354
1354
Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda Əməkdar məşqçi Tofiq Rzayevin xatirəsinə həsr edilmiş turnir keçirilib. Avqustun 30-da başlayan yarışa sentyabrın 2-də yekun vurulub. Turnir Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Şimal Regional Futbol Federasiyası, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Yarışda 2007-2008-ci il təvəllüdlü futbolçulardan ibarət 12 komanda iştirak edib. Turnirdə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (İOEUGİM) 1-ci, Bakının "Vətən" komandası 2-ci, "Sumqayıt" futbol klubu isə 3-cü yeri tutub.
Qaliblərə kuboklar, medallar və hədiyyələr təqdim edilib.