çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Millimiz seçmə mərhələnin ilk oyununda uduzdu

02.09.2016 21:32 Oxundu 1292

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi bu gün ilk oyununu keçirib.

Fransa yığması ilə qarşılaşan futbolçularımız 2:3 hesabı ilə məğlub olub. Komandamızın qollarını Asif Zeynalov və İlkin Hacıyev vurub.

Millimiz turnirdə növbəti oyununu sentyabrın 4-də Macarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 12:15-də başlayacaq.