02.09.2016 21:49
1376
1376
"Bursaspor"un hücumçusu Dəniz Yılmazın Azərbaycan yığmasında oynayıb-oynamayacağına aydınlıq gəlib. AFFA-nın rəsmi saytına görə, FİFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu ilə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.
Qərarda bildirilir ki, AFFA və Dəniz Yılmazın assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun və bu qərar tərəflərə göndərilən tarixdən etibarən Yılmaza Azərbaycan millisində çıxış etmək icazəsi verilsin.
FİFA bu barədə UEFA və Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb.
Qeyd edək ki, ali futbol qurumu bundan öncə AFFA-nın Ramil Şeydayev və Emin Mahmudovla bağlı müraciətini də müsbət cavablandırmışdı.