çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

UEFA prezidentliyinə 3 namizədin adı təsdiq edilib

03.09.2016 10:31 Oxundu 1659

FİFA Müşahidə Şurası UEFA prezidentliyinə 3 namizədin adını təsdiq edib. UEFA-nın yaydığı xəbərə görə, ispan Anxel Mariya Vilyar, holland Mixael van Praq və sloveniyalı Aleksandr Çeferin qitənin ali futbol qurumuna başçılıq etmək uğrunda yarışacaq.
Qeyd edək ki, prezident seçkiləri sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək. Elə həmin gün də Mişel Platinin prezident postundan getməsi rəsmən elan olunacaq. Fransız 2007-ci ildən bu vəzifədə çalışırdı.