çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Həyəcan başlayır

03.09.2016 11:55 Oxundu 1748

Sabah sayca 21-ci dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunlara start veriləcək. Apasport.az saytının məlumatına görə, UEFA-ya üzv olan 55 ölkədən 54-ü 13 vəsiqə uğrunda mübarizəyə başlayacaq.

2018-ci ildə keçiriləcək mundialın ev sahibi olan Rusiyaya yüksəlmək üçün yarışacaq komandaların hamısı ilk turda meydana çıxacaq. 3 gün davam edəcək turda hər qrupda 3 matç keçiriləcək. Hər oyun günündə 3 qrupun komandaları qarşılaşacaq.

C, E və F qruplarının oyunlarının keçiriləcəyi ilk gün daha çox millimizin oyunu ilə diqqət çəkir. Yığmamız səfərdə San-Marinonun qonağı olacaq. Komandamız böyükhesablı qələbə qazanıb, tarixində ilk dəfə qrupun lideri də ola bilər.

Sentyabrın 5-də D, G və İ qruplarında matçlar baş tutacaq. Lakin sonuncu qrupa maraq daha böyükdü. Qonşu Türkiyə Xorvatiya ilə üz-üzə gələcək. Son illərdə bir neçə dəfə prinsipial duelə çıxan rəqiblər yenə eyni qrupda mübarizə aparır. Onların rəqiblərindən olan AÇ-2016-nın sensasiyası İslandiya və Andrey Şevçenkonun baş məşqçi təyinatı ilə iddiaları böyüyən Ukrayna da ilk turda görüşəcək. Bu qrupdakı digər oyun Kosovonun seçmə mərhələlərdə debütü ilə əlamətdar olacaq.

Turun son günündə A, B və H qruplarında mübarizəyə start veriləcək. Günün mərkəzi qarşılaşması İsveçdə keçiriləcək. Skandinaviyalılar AÇ-2016-dan kənarda qalan Hollandiyanı qəbul edəcək.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

4 sentyabr

C qrupu

20:00. San-Marino – Azərbaycan

23:45. Çexiya – Şimali İrlandiya

23:45. Norveç - Almaniya

E qrupu

21:00. Danimarka – Ermənistan

21:00. Qazaxıstan – Polşa

23:45. Rumıniya - Monteneqro

F qrupu

21:00. Slovakiya – İngiltərə

21:00. Litva – Sloveniya

23:45. Malta – Şotlandiya

5 sentyabr

D qrupu

21:00. Gürcüstan – Avstriya

23:45. Serbiya - İrlandiya

23:45. Uels - Moldova

G qrupu

23:45. Albaniya – Makedoniya

23:45. İsrail – İtaliya

23:45. İspaniya - Lixtenşteyn

İ qrupu

23:45. Xorvatiya – Türkiyə

23:45. Ukrayna – İslandiya

23:45. Finlandiya – Kosovo

6 sentyabr

A qrupu

23:45. İsveç - Hollandiya

23:45. Belarus - Fransa

23:45. Bolqarıstan - Lüksemburq

B qrupu

23:45. Andorra - Latviya

23:45. Farer adaları - Macarıstan

23:45. İsveçrə - Portuqaliya

H qrupu

23:45. Cəbəllütariq - Yunanıstan

23:45. Bosniya və Herseqovina - Estoniya

23:45. Kipr - Belçika