1951
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün ikinci turun oyunları keçirilib. Kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşıb. İkinci yığmamız Litvanı, üçüncü komandamız isə Belarusu sınağa çəkib. Favoritlərdən Rusiya Türkmənistanla, ABŞ Şotlandiya ilə, Çin Belçika ilə, Ukrayna isə Albaniya ilə üz-üzə gəlib.
Qadınlardan ibarət əsas millimizin rəqibi Meksika olub. İkinci komandamız Monqolustan, üçüncü yığmamız isə Türkiyə ilə üz-üzə gəlib.
Favoritlər Çin Monteneqronu, Ukrayna Moldovanı, Rusiya Ekvadoru, Gürcüstan Filippini, Hindistan isə Braziliyanı sınağa çəkib.
Olimpiada-2016
II tur
Kişilər
Makedoniya (2391) - Azərbaycan-1 (2705) - 0:4
Trayko Nedev - Şəhriyar Məmmədyarov - 0:1
Filip Pançevski - Teymur Rəcəbov - 0:1
Aleksandar Koloviç – Rauf Məmədov - 0:1
Nikola Nikolovski - Arkadi Naydiç - 0:1
Litva (2453) - Azərbaycan-2 (2576) - 0.5:3.5
Eduardas Rozentalis - Vasif Durarbəyli - 0:1
Tomas Laurusas - Nicat Abasov - 0:1
Sarunas Sulskis – Ülvi Bacarani - 0.5:0.5
Vidmantas Malisauskas - Namiq Quliyev - 0:1
Belarus (2602) - Azərbaycan-3 (2350) - 3.5:0.5
Sergey Jiqalko – Vüqar Əsədli - 1:0
Andrey Jiqalko – Nail Bəşirli - 0.5:0.5
Kirill Stupak – Abdulla Qədimbəyli - 1:0
Aleksey Aleksandrov – Məhəmməd Muradlı - 1:0
İlk turdan sonra turnir cədvəli: 1. Rusiya, 2. ABŞ, 3. Çin, 4. Azərbaycan-1… 55. Azərbaycan-3… 76. Azərbaycan-2 – hamısı 2 xal
Qadınlar
Azərbaycan-1 (2320) - Meksika - 2.5:1.5
Zeynəb Məmmədyarova – Diana Real Pereyra - 0:1
Günay Məmmədzadə – Rodrigez Gerrero - 1:0
Aydan Höccətova – Liliya Qodoy - 1:0
Nərmin Kazımova – İvette Ale Morales - 0.5:0.5
Azərbaycan-2 (2248) - Monqolustan - 2.5:1.5
Türkan Məmmədyarova – Davaademberel Nomin-Erdine - 0.5:0.5
Nərmin Xələfova – Tuvşintuqs Batçimeq - 0.5:0.5
Ülviyyə Fətəliyeva – Uurtsaix Uuriintuya - 1:0
Nərgiz Umudova – Altan-Ulzii Enxtuul - 0.5:0.5
Azərbaycan-3 (2016) – Türkiyə - 1.5:2.5
Nərmin Məmmədova – Yekaterina Atalik - 0.5:0.5
Xanım Balacayeva – Betul Cemre Yıldız - 0.5:0.5
Gövhər Beydullayeva – Kubra Öztürk - 0.5:0.5
Ayan Allahverdiyeva – Zehra Topel - 0:1
İlk turdan sonra turnir cədvəli: 1. Çin, 2. Ukrayna, 3. Rusiya… 15. Azərbaycan-1… 25. Azərbaycan-2… 49. Azərbaycan-3 – hamısı 2 xal