1411
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının təsnifat mərhələsinin oyunlarına sentyabrın 4-də start verilir. Təsnifat mərhələsinin ilk turunda Azərbaycan milli komandası səfərdə San-Marino yığmasının qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Serravalle şəhərindəki “San Mariono” stadionunda başlayacaq.
Oyunu Belçikadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sebastien Delferieredir. Ona İves de Neve və Jo de Veirdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandre Boukaut yerinə yetirəcək.
Azərbaycan milli komandası “C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır.
DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Mariono – Azərbaycan oyunu ilə bağlı mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçkinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
"Hazırlıqdan razı qalmışam. Avqustun 24-dən komanda toplanışdadır. Bakıda da bunu bildirmişdim – şərait məni tam qane etdi. Təəssüf ki, iki futbolçumuz – Bədavi Hüseynov və Ruslan Abışov zədəli olduqları üçün bizimlə deyillər. Oyuna tam hazırıq. İlk oyuna qələbə ilə başlamaq istəyirik. Hədəfimiz Bakıya 3 xalla qayıtmaqdır. Əminəm ki, hamını əsas heyət maraqlandırır. Təəssüf ki, zədəli futbolçularımız var. Hava yaxşıdır və heç bir çətinlik, psixoloji gərginlik yoxdur. Oyunu böyük həvəslə gözləyirik. Məşqdəki performansı göstərsək, heç bir çətinliyimiz olmayacaq. Bu oyuna nikbin baxmalıyıq. Son yoldaşlıq oyunlarından da razı qalmışam. Komandam həm fiziki, həm də psixoloji baxımdan hazırdır. Klublarında əsas heyətə düşməyən futbolçular da özlərini yaxşı tərəfdən göstərir. Ramil Şeydayev və Emil Mahmudov da komandaya sağlam rəqabət gətirir. Bizi yalnız qələbə qane edir. Son oyunlarda qol şanslarından istifadə edə bilməmişik. Bunun da üzərində işləmişik. Rəqibi kifayət qədər təhlil etmişik".
20:00. San-Marino – Azərbaycan
Baş hakim: Sebastyen Delferyer
Baş hakimin köməkçiləri: İv de Nev, Co de Veyrdt
Dördüncü hakim: Aleksandru Bukau (hamısı Belçika)
Hakim-inspektor: Emil Bojinovski (Makedoniya)
UEFA nümayəndəsi: Luka Zorzi(İsveçrə)
Serravalle. Milli stadion
Qeyd edək ki, 2018-ci ildə keçiriləcək mundialın ev sahibi olan Rusiyadan başqa əsas mərhələyə yüksəlmək üçün yarışacaq komandaların hamısı ilk turda meydana çıxacaq. Milli komandamızla bərabər C, E və F qruplarının bir neçə yığma əsas vəsiqə uğrunda bu gün mübarizəyə start verəcək.Bizim qrupumzda Çexiya – Şimali İrlandiya matçı ilə yanaşı Almaniya – Norveç oyunu da maraqla gözlənilir. E qrupunda isə Polşanın Qazaxıstan, Monteneqronun isə Rumıniya səfəri azarkeşlərin diqqət mərkəzindədir. F qrupunda baş tutacaq İngiltərə - Slovakiya və Litva – Sloveniya matçı da izlənilənlər sırasındadır.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
4 sentyabr
C qrupu
20:00. San-Marino – Azərbaycan
22:45. Çexiya – Şimali İrlandiya
22:45. Norveç - Almaniya
E qrupu
20:00. Danimarka – Ermənistan
20:00. Qazaxıstan – Polşa
22:45. Rumıniya - Monteneqro
F qrupu
20:00. Slovakiya – İngiltərə
20:00. Litva – Sloveniya
22:45. Malta – Şotlandiya