çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Səhv eləmək niyyətində deyiləm"

04.09.2016 10:51 Oxundu 1496

San-Marino ilə Dünya çempionatının seçmə oyunundan əvvəl millimizin qapıçısı Kamran Ağayev də mətbuat nümayəndələrinin önünə çıxıb. O, ilk oyunların çətin keçdiyini bildirib: "Rəqib haqda məlumat verirlər, ancaq biz öz oyunumuzu düşünməliyik. Bütün Azərbaycan qələbə haqda düşünür.

Əlimizdən gələni etməliyik. San-Marinoya qələbə üçün gəlmişik. Artıq nəticə verməyin vaxtıdır. Çətin olacaq, amma qələbə qazanmalıyıq. Biz qapıçıların mövqeyi elədir ki, ancaq müdafiə olunuruq. Ancaq bizim də hər bir hücumda rolumuz var. Zədə səbəbindən bir müddət oynamadım. Hazırda özümü yaxşı hiss edirəm. Səhv eləmək niyyətində deyiləm. Start heyətində çıxacağım hər şey demək deyil. Mən sabah tək Kamran Ağayevi yox, bütün Azərbaycan xalqını təmsil edəcəm. Klubda oynamamağım mənim problemimdir. Bunu həll etməyə çalışacam. Ancaq hamı zədədən qorunmalıdır. Oynamaq böyük qələbələr qazanmaq istəyirəm. Düşünürəm ki, hər şey daha yaxşı olacaq.