çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Millimiz qələbə qazandı

04.09.2016 13:11 Oxundu 449

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi ikinci oyununu keçirib.

Macarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 7:3. Sabir Allahquliyevin het-trik, Asif Zeynalovun isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Orxan Məmmədov və Ramil Əliyev fərqlənib.

Millimiz qrupda son oyununu sentyabrın 6-da Bolqarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.