04.09.2016 13:26
1872
1872
Braziliya millisinin sabiq üzvü Ronaldinyonun yeni iş yeri müəyyənləşib. 36 yaşlı yarımmüdafiəçi yenidən "Barselona"ya qayıdıb.
Ancaq o, Kataloniya klubuna futbolçu kimi yox, məsul şəxs kimi geri dönüb. “Barsa”nın ABŞ-dakı səfiri təyin olunan Ronaldinyo komanda üçün yeni istedadlı futbolçular axtarışında olacaq.
"Barselona" sentyabrın 6-da Nyu-York şəhərində yeni ofis açacaq.
Qeyd edək ki, 2003-2008-ci illərdə "Barselona"da çıxış edən Ronaldinyo 145 oyuna 70 qol vurub.