560
Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə oyunlar start götürəcək. Milli komandamız da ilk oyun günündə meydana çıxacaq. Robert Prosineçkinin yetirmələri tsiklə səfər matçı ilə start verəcək. Əsas yığmamızın ilk rəqibi San-Marino olacaq. Tarixində 12-ci seçmə mərhələdə çıxış edəcək millimiz yeni mövsümə ümidlə başlayır. Belə ki, bu zamana qədər heç bir seçmə mərhələyə qələbə ilə başlaya bilməyən ölkənin bir nömrəli komandası dünyanın ən zəif yığmalarından birinə qarşı oyunda bu sindromu qırmaq əzmindədi. Çətin qrupda mübarizə aparacaq millimiz mümkün qədər çox xal toplayaraq irəli sıralarda yer almağı hədəfləyir. Almaniyanın aşkar favorit olduğu qrupda 2-ci pilləyə iddialılar çox olduğundan millimiz də bu mübarizəyə qoşulmaq əzmindədi.
Çexiya, Şimali İrlandiya və Norveçin də 2-ci pillə ilə pley-offa yollanmaq arzusunda olduğunu nəzərə alsaq, millimizi xəyallarını gerçəkləşdirmək üçün çətin vəzifənin öhdəsindən gəlməlidi. Bu yolda ən asan “yem” isə San-Marinodu. Buna görə də millimiz Avropa yığmalarının “qapazaltı”sı olan “cırtdan ölkə” təmsilçisini itkisiz keçməyə borcludu.
Zəif rəqiblə matçda böyükhesablı qələbə arzulamaq da olar. Çünki belə oyunlarda əldə edilən top fərqi tsiklin sonunda sıralama baxımından həlledici ola bilər.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
4 sentyabr
C qrupu
20:00. San-Marino – Azərbaycan
Baş hakim: Sebastyen Delferyer
Baş hakimin köməkçiləri: İv de Nev, Co de Veyrdt
Dördüncü hakim: Aleksandru Bukau (hamısı Belçika)
Hakim-inspektor: Emil Bojinovski (Makedoniya)
UEFA nümayəndəsi: Luka Zorzi(İsveçrə)
Serravalle. Milli stadion
San-Marino: 1. Aldo Simonçini (q), 2. David Sezarini, 3. Kristian Brolli, 6. David Simonçini, 7. Mateo Vitaioli (k), 8. Xose Hirş, 10. Mirko Palazzi, 14. Luka Tosi, 15. Marko Berardi, 19. Filippo Berardi, 20. Nikola Çiaruzzi
Ehtiyat oyunçular: 12. Giaççomo Muraççini (q), 23. Elya Benedettini (q), 4. Covanni Bonini, 5. Fabio Vitaioli, 9. Mattia Stefanelli, 11. Enriko Qoluniççi, 13. Alessandro Della Valle, 16. Danilo Rinaldi, 17. Alessandro Biançi, 18. Pietro Kalzolari, 21. Lorenzo Qasperoni, 22. Karlo Valentini
Baş məşqçi: Pyerancelo Massaroli
Azərbaycan: 1. Kamran Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 2. Qara Qarayev, 19. Rahid Əmirquliyev, 13. Dmitri Nazarov, 22. Əfran İsmayılov, 18. Ağabala Ramazanov, 11. Ruslan Qurbanov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 4. Pavel Paşayev, 6. Tərlan Quliyev, Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namiq Ələskərov, 10. Elvin Məmmədov, 15. Mahir Mədətov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. Ramil Şeydayev
Baş məşqçi: Robert Prosineçki