çərşənbə axşamı, 20 yanvar 2026

ŞAHMAT

Millilərimiz növbəti oyunlarına çıxırlar

05.09.2016 01:36 Oxundu 1906

Bu gün Bakıda keçirilən 42-ci Şahmat Olimpiadasında IV turun oyunları baş tutacaq. Kişi və qadınlardan ibarət millilərimiz də növbəti oyunlarına çıxacaqlar. Kişilərdən ibarət əsas komandamız Rumıniya ilə qarşılaşacaq. İkinci yığmamızın rəqibi Beynəlxalq Sərbəst Şahmatçılar Assosiasiyasının komandası (İBCA) olacaq. Üçüncü millimiz isə Türkmənistanı sınağa çəkəcək. Zərif zəka sahiblərimizin də əsas komandasının rəqibi Rumıniya olacaq. Qadınlardan ibarət ikinci millimiz isə İtaliya ilə kimin güclü olmasına aydınlıq gətirəcək. Nəhayət üçüncü xanım yığmamızın rəqibi braziliyalı həmcinsləri olacaq.

Olimpiada – 2016

IV tur

Kişilər

Rumıniya – Azərbaycan-1

Azərbaycan-2 – İBCA

Azərbaycan-3 – Türkmənistan

Turnir cədvəli: 1.Rusiya, 2.Azərbaycan-1, 3.Kuba – 6 xal, 33.Azərbaycan-2 - 4 xal, 59.Azərbaycan-3 - 4 xal.

Qadınlar

Azərbaycan-1 – Rumıniya

İtaliya – Azərbaycan-2

Azərbaycan-3 – Braziliya

Turnir cədvəli: 1.Rusiya, 2.Fransa, 3.Hindistan- 6 xal, 12.Azərbaycan-1 - 6 xal, 19. Azərbaycan -2 - 5 xal, 33. Azərbaycan -3 - 4 xal.