05.09.2016 11:45
1734
1734
Topaz Premyer Liqasında IV turun oyun cədvəli açıqlanıb. Turun qarşılaşmaları 3 gün ərzində keçiriləcək. Tura sentyabrın 9-da “Əlincə” stadionunda baş tutacaq “Qarabağ” – AZAL qarşılaşması ilə start veriləcək. Ertəsi gün isə “Neftçi” “Qəbələ”ni həmin arenada qəbul edəcək. Bağlanış matçı sentyabrın 11-də “Sumqayıt”la “İnter” arasında keçiriləcək.
Topaz Premyer Liqası
IV tur
9 sentyabr (cümə)
18:30. “Qarabağ” – AZAL
“Əlincə Arena”
10 sentyabr (şənbə)
20:00. “Neftçi” – “Qəbələ”
“Əlincə Arena”
11 sentyabr (bazar)
16:00. “Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu
20:30. “Sumqayıt” – “İnter”
Sumqayıt şəhər stadionu