05.09.2016 18:29
1718
1718
Avqustun 5-də Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Mərasimdə Azərbaycanın dövlət himninin müşayiəti ilə bayrağımız qaldırılıb.
Qeyd edək ki, XV Paralimpiya Oyunlarında Azərbaycan 27 idmançı ilə təmsil olunur. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışacaq paralimpiyaçılarımızın altısı qadındır. Lisenziyaların sayı isə 44-dür.
Sentyabrın 7-də Rio-de-Janeyronun “Marakana” stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.