1889
Bu gün 21 yaşlılardan ibarət milli komandamız (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. apasport-un məlumatına görə, AÇ-2017-nin final mərhələsinə yüksəlmək uğrunda son ev oyununu keçirəcək millimiz Farer adaları ilə qarşılaşacaq. Görüş gənclər millimiz üçün tarixində 91-ci sınaq olacaq. Baş məşqçi Yaşar Vahabzadə isə 12-ci dəfə bu komandanın sükanı arxasında meydana çıxacaq.
Hazırda 8 oyundan sonra 7 xalla qrupda 4-cü pillədə qərarlaşmış komandamız bu oyunla birlikdə bir çox tarixi nəticəyə imza ata bilər. Belə ki, qrupda bizim kimi 8 oyun keçirmiş, ancaq millimizdən fərqli olaraq xal üzünə həsrət qalmış farerliləri məğlub edəcəyimiz halda ilk dəfə bir tsikldə 3 qələbə qazanmış olacağıq. Hər halda səfərdə minimal hesabla üstələdəyimiz rəqibə qarşı doğma meydanda bunu etmək o qədər də imkansız deyil.
Üstəlik bu niyyətimiz baş tutsa, xal hesabında da rekordu yeniləyəcəyik. 22 illik tarixində ən çox 9 xal yığa bilmiş U-21 potensial qələbə sayəsində xalını 10-a çatdıraraq yeni sədd müəyyənləşdirəcək. Mümkün qalibiyyət nəticəsində qrupda sıralama baxımından irəli getmək imkanımız olmasa da, bizimlə paralel keçirilən oyunda Rusiyanın 3 xal qazanması halında ən azından onlardan geri düşməyəcəyik.
AÇ-2017, Seçmə mərhələ
7-ci qrup
6 sentyabr
18:00. Azərbaycan U-21 – Farer adaları U-21
Baş hakim: Dmitriu Muntean
Yan xətt hakimləri: Vitali Qorbatov, Vlad Lifsiu
Dördüncü hakim: Yuri Kovtun (hamısı Moldova)
Bakı, “Dalğa Arena”
|
1. |
Almaniya U21 |
7 |
7 |
0 |
0 |
26:4 |
21 |
|
2. |
Avstriya U21 |
7 |
6 |
0 |
1 |
19:7 |
18 |
|
3. |
Finlandiya U21 |
7 |
4 |
0 |
3 |
12:8 |
12 |
|
4. |
Azərbaycan U21 |
8 |
2 |
1 |
5 |
7:18 |
7 |
|
5. |
Rusiya U21 |
7 |
2 |
1 |
4 |
10:13 |
7 |
|
6. |
Farer adaları U21 |
8 |
0 |
0 |
8 |
2:26 |
0 |