çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Bakı" həvəskar oldu?

06.09.2016 09:22 Oxundu 1723

"Bakı” futbol klubu yeni mövsümdən etibarən həvəskarlar liqasında çıxış edəcək. Bu haqda qol.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. Onun sözlərinə görə, komanda 2016/17 mövsümün üçün birinci dəstəyə buraxılmasa da, fəaliyyətini dayandırmayıb. "Hazırda bazamızda məşqlər davam etdirilir. Bir ay ərzində həvəskarlar arasında növbəti Azərbaycan çempionatı başlayacaq və "Bakı” o yarışda iştirak edəcək”.

Xatırladaq ki, "Bakı” FC iki dəfə (2005/2006 və 2008/2009 mövsümündə) Azərbaycan çempionu olub. 2015-ci ildə maddi vəziyyəti pisləşən klub birinci diviziona düşüb. 2016/17 mövsümündə isə komanda birinci diviziona da buraxılmayıb. AFFA buna səbəb kimi klubun tələb olunan bank təminatını ödəyə bilməməsini göstərib.