çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ”nin növbəti ev oyunu doğma stadionunda olacaq

06.09.2016 11:57 Oxundu 2179

“Qəbələ” Topaz Premyer Liqasında növbəti ev oyununu doğma stadionunda keçirəcək. Bu barədə klubdan məlumat verilib. Məlumata görə, Qəbələ şəhər stadionu oyun qəbul etməyə artıq tam hazırdı. Beləliklə, “qırmızı-qaralar” çempionatın V turu çərçivəsində sentyabrın 19-da AZAL-ı doğma azarkeşləri önündə qəbul edəcək. Bu isə “Qəbələ”nin cari mövsümdə öz stadionunda ilk görüşü olacaq. Bürünc mükafatçının Avropa Liqasındakı növbəti ev matçının yeri də müəyyənləşib, 8-ci km qəsəbə stadionu. Qrup mərhələsinin II turunda “Maynts”la qarşılaşma da məhz bu arenada baş tutacaq. Almaniya təmsilçisi ilə görüş sentyabrın 29-da oynanılacaq.Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasının ilk iki turunda “Kəpəz” və “İnter”i “Dalğa Arena”da qəbul edib.