06.09.2016 12:08
1663
1663
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi üçüncü oyununu keçirib.
Bolqarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 4:1. Komandamızın qollarını Asif Zeynalov, Əbdül Əliyev, İlkin Hacıyev və Orxan Məmmədov vurub.
Beləliklə, millimiz seçmə mərhələnin ikinci raunduna vəsiqə qazanıb.