çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Birinci divizionda limit müəyyənləşdi

06.09.2016 16:16 Oxundu 1660

AFFA-nın İcraiyyə Komitəsinin 29 avqust 2016-cı il tarixli iclasında Birinci divizionda yaş və legioner limitinin müəyyənləşdirilməsi AFFA, Peşəkar Futbol Liqası və Məşqçilər Komitəsinə həvalə olunmuşdu.

Bu gün AFFA-nın inzibati binasında AFFA, PFL və Məşqçilər Komitəsinin birgə iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:

- Birinci divizionda 2016-2017-ci il mövsümündə limit 5 yerli futbolçu (təvəllüdü 1994-cü il və sonra), 4 yerli futbolçu yaş məhdudiyyəti olmadan və 2 legioner olmaqla müəyyənləşsin.

- Birinci divizion klublarına yerli qapıçıların xidmətindən yararlanmaq tövsiyə olunub.