çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

IV turun hakim təyinatları

06.09.2016 17:57 Oxundu 1480

Topaz Premyer Liqasında IV turun hakim təyinatları açıqlanıb. Peşəkar Futbol Liqasının (PFL) xəbər verir ki, 4 hakimə bu tur 2 təyinat verilib. Belə ki, “Sumqayıt” – “İnter” matçını idarə edəcək Ağayev “Qarabağ” – AZAL görüşündə əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. “Qarabağ”ın oyununun baş hakimi Orxan Məmmədov isə Sumqayıtdakı qarşılaşmada əlavə köməkçi hakim olacaq.

Fariz Yusifov və Rauf Cabbarov isə 2 görüşdə əlavə köməkçi hakim funksiyasını icra edəcəklər.

Qeyd edək ki, Cabbarov I divizionun ilk turu çərçivəsində sabah keçiriləcək “Rəvan” – “Turan-Tovuz” matçına da təyinat alıb.



9 sentyabr (cümə)

“Qarabağ” – AZAL
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
“Əlincə Arena”, 18:30



10 sentyabr (şənbə)

“Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
“Əlincə Arena”, 20:00


11 sentyabr (bazar)

“Kəpəz” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Coşqun Həsənov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu, 16:00

“Sumqayıt” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rauf Cabbarov
“Kapital Bank Arena”, 20:30