çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Farer Adaları sayəmizdə bir xal qazandı

06.09.2016 19:00 Oxundu 1810

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında AÇ-2017-nin seçmə mərhələsinin növbəti oyunları keçirilib. 7-ci qrupda mübarizə aparan Azərbaycan yığması da Farer adaları ilə növbəti matçına çıxıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Qeyd edək ki, millimiz səfərdə keçirilən görüşdə bu komandanı 1:0 hesabı ilə üstələmişdi.

Farer adaları tsikldəki ilk xalını bizim millimizə qarşı, həm də səfərdə qazanıb. Paralel keçən digər oyunda Rusiya yığması da Avstriya ilə bərabərliyə razılaşıb və millimizin qrup sıralamasındakı yeri dəyişməyib.

Azərbaycan U-21 – Farer adaları U-21 oyunundan sonra hər iki komandanın baş məşqçisinin mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Bill Jacobsen (Farer adaları yığmasının baş məşqçisi): “Bu qarşılaşmadan bir neçə gün əvvəl Rusiya komandası ilə qarşılaşmış və böyük hesabla məğlub olmuşduq. Komandanı növbəti oyuna psixoloji baxımdan hazırlamaq asan deyildi. Üstəlik, yol yorğunluğu da vardı. Sevinirəm ki, bu gün belə oynaya bildik. Qarşılaşmanın sonlarına qədər 3 xal qazanmaq ümidimizi itirməmişdik. Təəssüf ki, üstünlüyümüzü qoruyub saxlaya bilmədik”.

Yaşar Vahabzadə (Azərbaycan yığmasının baş məşqçisi): “Oyundan əvvəl futbolçularımıza bildirmişdik ki, rəqib daha çox əks-hücumlarda təhlükəli olacaq. Xüsusilə, topa biz nəzarət etdiyimz müddətdə daha ehtiyatlı davranmalı olduğumuzu, qəfil top itkisi zamanı hesabda geri düşmək ehtimalının yaranacağını qeyd etmişdik. Qolu əks-hücum zamanı buraxdıq. Oyunun ilk dəqiqələrində yaratdığımız iki gözəl imkanın, heç olmasa, birindən yaralana bilsəydik, hesab başqa cür ola bilərdi. Alınmadı. Futbolda belə nəticələrə rast gəlmək olur. Futbolçularımızın əməyini yerə vurmaq olmaz, bütün oyun ərzində əzmkarlıqla mübarizə apardılar”.

6 sentyabr

AÇ-2017-nin seçmə mərhələsi


18:00. Azərbaycan – Farer adaları - 1:1
Qol:
Ari Mohr Olsen, 40 (0:1), Mahir Mədətov, 88 (1:1)
Hakimlər: Dmitri Muntyan, Vitali Qorbatov, Vlad Lifçiu, Yuri Kovtun (hamısı Moldova).
Bakı. “Dalğa Arena”.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Sadiq Quliyev, 6. Vüqar Mustafayev, 7. İlter Taşkın, 9. Elnur Cəfərov, 10. Namiq Ələsgərov, 11. Mahir Mədətov, 16. Elvin Camalov, 17. Abbas Hüseynov, 20. Azər Salahlı (k)

Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 4. Sərtan Taşkın, 13. Tural Hümbətov, 15. Murad Musayev, 16. Orxan Əliyev, 21. Budaq Nəsirov, 23. Fəhmin Muradbəyli

Baş məşqçi: Yaşar Vahabzadə

Farer adaları: 1. Niklas Tomsen, 3. Ari Mohr Olsen, 4. Andreas Eriksen (k), 5. Hördur Askhem, 6. Yonas Qeyel Hansen, 7. Yoannes Byartalib, 9. Yakub Tomsen, 11. Teit Yakobsen, 13. Qestur Dam Boqason, 15. Yakub Olsen, 18. David Lanqqaard

Ehtiyat oyunçular: 12. Karstin Hansen, 8. Patrik Yohanesson, 10. Hannes Aqnarsson, 14. Yakub Hansen, 16. Maqnus Eqilsson, 17. Petur Knudsen

Baş məşqçi: Bill Yakobsen

1.

Almaniya

7

7

0

0

26:4

21

2.

Avstriya

8

6

1

1

20:8

19

3.

Finlandiya

7

4

0

3

12:8

12

4.

Azərbaycan

9

2

2

5

8:19

8

5.

Rusiya

8

2

2

4

11:14

8

6.

Farer adaları

9

0

1

8

3:27

1