çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Dörd qızıl, üç gümüş, iki bürünc medal...

06.09.2016 20:26 Oxundu 1898

Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində keçirilən ikinci Dünya Köçəri Oyunlarında Azərbaycan idmanın müxtəlif növləri üzrə dörd qızıl, üç gümüş, iki bürünc medal qazanıb. Bu böyük idman bayramında dünyanın 62 ölkəsi təmsil olunur. Oyunlarda idmanın 23 növü üzrə yarışlar keçirilir.

Azərbaycanı mötəbər yarışda idmanın doqquz növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi təmsil edir. Ölkəmiz yarışlara geniş tərkibli nümayəndə heyəti ilə qatılıb. Oyunları Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycandan olan jurnalistlər də izləyirlər.

Oyunların proqramına 20-dən çox, o cümlədən güləş, at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarış daxil edilib.