çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Millimiz 4:2 hesabı ilə qələbə qazanıb

07.09.2016 17:27 Oxundu 1678

Çimərlik futbolu üzrə “FİFA dünya kuboku-2017” turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası sentyabrın 7-də ilk oyununu keçirib. İspaniya yığması ilə qarşılaşan millimiz 4:2 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını İlkin Hacıyev, Sabir Allahquliyev və Orxan Məmmədov vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.

Millimiz növbəti oyununu sentyabrın 8-də İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.