25.06.2016 18:06
322
322
Avropa Çempionatının 1/8 final mərhələsinin ilk oyununda İsveçrə və Polşa milliləri üz-üzə gəliblər. Oyunun 39-cu dəqiqəsində Polşalılar hesabı açsa da bu hesabı sona qədər qoruya bilməmişlər. 82-ci dəqiqədə Şakiri effektli zərbə ilə müvazinəti bərpa edib. Əsas vaxtın qalan hissəsində tərəflər uğur qazana bilməyiblər. Beləliklə, ilk 1/8 finalçını müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Lakin əlavə 30 dəqiqə də qalibi müəyyən edə bilməyib. Penaltilərdən daha uğurla istifadə edən Polşa 1/4 finala vəsiqə qazanıb: 5:4