çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“Bakılı” ilə “Ağsu”nun mübarizəsində qol səsi çıxmayıb

07.09.2016 21:31 Oxundu 1844

Futbol üzrə Azərbaycan I Divizionunda 2016-17 mövsümünə start verilib. Bu gün ilk turun 4 qarşılaşması baş tutub. İki oyunda məhsuldarlıq yüksək olub. Belə ki, “Zaqatala” - “Şahdağ” matçında 4, “Şəmkir” - “Şərurspor” görüşündə isə qapılara 5 top vurulub. Yalnız “Bakılı” ilə “Ağsu”nun mübarizəsində qol səsi çıxmayıb.


“Bakılı” -“Ağsu” - 0:0

“Zaqatala” - “Şahdağ” - 2:2
Qollar: Arzuman Nəsibov, 41; Oruc Balaşlı, 78 (pen.) - Ramil Mansurov, 18; Viqar Əlibabayev, 86

“Rəvan” - “Turan Tovuz” - 0:2
Qollar: Elmin Çobanov, 16; Rəhman Musayev, 41

“Şəmkir” - “Şərurspor” - 3:2
Qollar: Ruslan Voronsov, 22; Şahin Kərimov, 35, 82 - Fərmayıl Əliyev, 39; Coşqun Süleymanov, 58