08.09.2016 09:05
1982
1982
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone klubunu tərk etmək qərarına gəlib. O, 2018-ci ilin yayında, qüvvədə olan müqaviləsinin başa çatmasına 2 il qalmış komandadan gedəcəyini açıqlayıb.
Simeone “Atletiko”da 2011-ci ildən çalışır. Onun rəhbərliyi dövründə Madrid təmsilçisi İspaniya çempionu, ölkə kuboku və superkubokunun, Avropa Liqası və UEFA superkubokunun qalibi olub, iki dəfə isə komandası Çempionlar Liqasının finalına çıxarıb.