çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

16 günlük fasiləyə son verilir

08.09.2016 10:38 Oxundu 1601

Saban Topaz Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasiləyə son veriləcək. 16 günlük fasilədən sonrakı IV turun qarşılaşmaları 3 gün davam edəcək. Çempionatın lideri “Qarabağ” bu turu evdə keçirəcəksə, ən yaxın izləyiciləri – “Zirə”, “İnter” və “Qəbələ” səfərdə meydana çıxacaq. İlk oyun günündə “Qarabağ” AZAL-ı sınağa çəkəcək. “Qəbələ” Bakıda “Neftçi”nin qonağı olacaq.

Turun son günündə iki görüş keçiriləcək. Turnir cədvəlinin əks qütblərində 2-ci olan “Kəpəz”lə “Zirə” Gəncədə görüşəcək. Tarixində rəqibini məğlub etməyən paytaxt klubu bu uğursuz seriyaya son qoymaq əzmindədi. Turun son qarşılaşması Sumqayıtda baş tutacaq. Cari mövsümdə uduzmayan “İnter” səfərdə xal hesabını artırmağa cəhd edəcək. “Sumqayıt” isə mövsümdə ilk ev qələbəsini bayram etməyə iddialıdı.

Topaz Premyer Liqası

IV tur

9 sentyabr (cümə)

18:30. “Qarabağ” – AZAL
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
“Əlincə Arena”


10 sentyabr (şənbə)

20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
“Əlincə Arena”


11 sentyabr (bazar)

16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Coşqun Həsənov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu


20:30. “Sumqayıt” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rauf Cabbarov
Sumqayıt. Şəhər stadionu

1.

Qarabağ

3

2

0

1

6-2

6

2.

Zirə

3

2

0

1

4-2

6

3.

İnter

3

1

2

0

4-3

5

4.

Qəbələ

2

1

1

0

2-0

4

5.

Sumqayıt

2

1

0

1

1-2

3

6.

Neftçi

3

1

0

2

2-4

3

7.

Kəpəz

3

0

2

1

2-4

2

8.

AZAL

3

0

1

2

1-5

1

Bombardir: Ruslan Abışov ("İnter") - 3 qol