2191
Bu gün Badamdar Oteldə "CBC Sport Arena Polo Dünya Kuboku”nunun təqdimat mərasimi və rəsmi şəxslərin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Azərbaycan Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev, “World Polo” şirkətinin rəhbəri Reto Qaudenzi və CBC Sport-un baş direktoru Volkan Üst də iştirak edib.
Təqdimat mərasimində ilk olaraq danışan ARAF-ın baş katibi Bəhruz Nəbiyev yarış iştirakçılarını salamlayaraq turnir haqqında məlumat verib. Bu il çox güclü komandaların gəldiyini vurğulayan federasiya rəsmisi yarışın baş sponsoru olan CBC Sport-a təşəkkürünü bildirib.
Bəhruz Nəbiyev ölkəmizin belə vacib tunrirləri hıər zaman yüksək səviyyədə təşkil etdiyini diqqətə çatdıraraq, çıxışını yekunlaşdırıb.
Daha sonra söz “World Polo” şirkətinin rəhbəri Reto Qaudenzi verildi. Azərbaycana yenidən gəldiyi üçün çox məmnun olduğunu bildirən Qaudenzi komandaları və onların kapitanlarını təqdim edib.
Təqdimat mərasimində son olaraq çıxış edən CBC Sport-un baş direktoru Volkan Üst, öz növbəsində cənab Qaudenziyə təşəkkür edərək, CBC Sport-un belə gözəl yarışın sponsoru olmaqdan qürür duyduğunu dedi. Qarabağ atlarından danışan kanalımızın baş direktoru Azərbaycanda hər zaman atçılığın geniş yayıldığını söylədi.
Tədbir iştirakçıların təqdimat mərasimi ilə yekunlaşdı. Qeyd edək ki, “CBC Sport Arena Polo Dünya Kuboku” sabah start götürəcək və sentyabrın 11-ə kimi davam edəcək. Yarış kanalımız vasitəsi ilə yayımlanacaq.