çərşənbə axşamı, 20 yanvar 2026

GÜLƏŞ

Cüdoçumuz yarımfinala yüksəlib

08.09.2016 18:07 Oxundu 2324

Sentyabrın 8-də Azərbaycan cüdoçusu Ramin İbrahimov (60 kq) Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının cüdo yarışlarında mübarizəyə qələbə ilə başlayıb. Yarışlara 1/16 final mərhələsindən başlayan paralimpiyaçımız Eduardo Qautoya qalib gəlib.

İdmançımız dörddəbir finalda Qazaxıstan təmsilçisi Anuar Sarıyev ilə qarşılaşıb. Cüdoçumuz Ramin İbrahimov qazaxıstanlı Anuar Sarıyevə qalib gələrək yarımfinala yüksəlib. Qızıl medala gedən yolda cüdoçumuzun rəqibi özbəkistanlı Şerzod Namazov olacaq.

Azərbaycan cüdoçusu Bayram Mustafayev (66 kq) da “Rio-2016” Yay Paralimpiya Oyunlarında ilk qələbəsini qazanıb. Braziliyalı Halison Oliviera Botoya qalib gələn cüdoçumuz yarımfinala adlayıb.