çərşənbə axşamı, 20 yanvar 2026

ŞAHMAT

VI turun hesabatı

08.09.2016 21:22 Oxundu 2036

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun oyunları keçirilib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, kişilərdən ibarət əsas millimiz gözlənilmədən Yunanıstanla heç-heçə edib. İkinci komandamız Rumıniya ilə görüşdə uduzub. Üçüncü yığmamız isə Qananı darmadağın edib.

Favoritlərdən Hindistan Hollandiyanı, ABŞ Ukraynanı, Rusiya Almaniyanı, Çin Argentinanı üstələyib.

Qadınlardan ibarət əsas yığmamızın rəqibi Gürcüstan olub. Rəqib güclü olsa da, xanım şahmatçılarımız heç-heçəyə nail olublar. Çexiya ilə qarşılaşan ikinci yığmamız da heç-heçə ilə kifayətlənib. Üçüncü komandamız isə Çiliyə qalib gəlib.

Qadınların yarışında bu gün əsas diqqətlər Ukrayna - Rusiya görüşünə yönəlib. Buna qədər xal itirməyən rəqiblər heç-heçəyə razılaşıblar - 2:2. Çin - Rumıniya görüşündə də eyni hesab qeydə alınıb. Hindistan Latviyaya, ABŞ Türkiyəyə, Polşa da Vyetnama qalib gəlib.

Kişilər

Yunanıstan - Azərbaycan-1 2:2

Dimitrios Mastrovasilis (2601) - Şəhriyar Məmmədyarov (2761) 0,5:0,5

Hristos Banikas (2571) - Teymur Rəcəbov (2722) 0,5:0,5

Athanasios Mastrovasilis (2555) - Arkadi Naydiç (2696) 1:0

Stelios Halkias (2565) - Eltac Səfərli (2688) 0:1

Rumıniya - Azərbaycan-2 2:2

Konstantin Lupulesku (2618) - Vasif Durarbəyli (2612) 1:0

Mirkea Parliqras (2595) - Nicat Abbasov (2552) 1:0

Boqdan Deak (2524) - Qədir Hüseynov (2625) 0,5:0,5

Marin Mihail (2572) - Namiq Quliyev (2577) 0:1

Qana - Azərbaycan-3 0:4

Frankis Anquandah (1951) - Vüqar Əsədli (2406) 0:1

Con Haşford (1970) - Abdulla Qədimbəyli (2294) 0:1

Jozef Jamena (1992) - Məhəmməd Muradlı (2331) 0:1

Edvard Thompson (1889) - Pərviz Qasımov (2323) 0:1

Qadınlar

Gürcüstan - Azərbaycan-1 2:2

Nana Dzaqnidze (2522) - Zeynəb Məmmədyarova (2295) 0:1

Lela Javakhişvili (2486) - Nərmin Məmmədzadə (2361) 0,5:0,5

Nino Batsiaşvili (2474) - Gülnar Məmmədova (2304) 0:1

Melia Salome (2419) - Nərmin Kazımova (2302) 0,5:0,5

Azərbaycan 2 - Çexiya 2:2

Türkan Məmmədyarova (2304) - Joanna Vorek (2360) 0,5:0,5

Xəyalə Abdulla (2214) - Kristina Havlikova (2271) 0:1

Nərmin Xələfova (2219) - Olqa Sikorova (2234) 0,5:0,5

Ülviyyə Fətəliyeva (2234) - Tereza Rodştein (2230) 1:0

Azərbaycan 3 - Çili 3:1

Nərmin Məmmədova (2230) - Qonza Abarka (2092) 1:0

Xanım Balacayeva (2147) - Qomez Barrera (2027) 1:0

Gövhər Beydullayeva (1994) - Kabella Jorquera (2019) 0,5:0,5

Aynur Katanova (1784) - Fuentes İnzu (1840) 0,5:0,5