09.09.2016 12:53
1856
1856
Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində başa çatan ikinci Dünya Köçəri Oyunlarında Azərbaycan idmançıları 4 qızıl, 4 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında beşinci yeri tutublar.
Yarışlarda Qırğızıstan 79 medalla birinci, Türkmənistan 24 medalla ikinci, Qazaxıstan 38 medalla üçüncü, Rusiya isə 27 medalla dördüncü yeri tutub.
Bu böyük idman bayramında dünyanın 62 ölkəsindən 500-dən çox idmançı iştirak edib. Oyunlarda 23 idman növü üzrə yarışlar keçirilib.
Köçəri Oyunları çərçivəsində keçirilən mədəni tədbirlərdə Azərbaycanın Xalq Artisti, opera ifaçısı Fidan Hacıyeva, opera müğənnisi Ələsgər Əliyev və “Muğam trio” qrupu da iştirak edib.