çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Millimiz 3:1 hesabı ilə qələbə qazanıb

09.09.2016 17:26 Oxundu 1526

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası üçüncü oyununu keçirib.

Türkiyə yığması ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Vaqif Şirinbəyov, Asif Zeynalov və Əbdül Əliyev vurub.