çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“Neftçi” 3 xala ümid edir?

10.09.2016 08:35 Oxundu 1605

Bu gün Topaz Premyer Liqasında IV turun daha bir oyunu baş tutacaq. İkinci oyun da Masazırda keçiriləcək. Belə ki, “Qəbələ” ilə qarşılaşacaq “Neftçi” satdionunda həyata keçirilən bərpa işləri ilə əlaqədar “Əlincə Arena”ya sığınıb. Çempionata uğursuz start verən və ilk 3 turda bir qələbə və 2 məğlubiyyət alan “ağ-qaralar” toparlanmaq üçün güclü rəqibi qarşısında 3 xala ümid edir. “Qəbələ”nin isə bir oyunu təxirə salınıb və əyalət klubu birinciliyin potensial lideridir. “Qırmızı-qaralar” səfərdə qalib gəlsələr ən az bir günlük ikinci pilləyə yüksələcəklər. Üstəlik Roman Qriqorçukun yetirmələri 4 oyundu qapılarından qol buraxmırlar və bu tendensiyanı davam etdirmək niyyətindədilər.

Topaz Premyer Liqası

IV tur

10 sentyabr (şənbə)


20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
“Əlincə Arena”

1.

Qarabağ

4

3

0

1

12-2

9

2.

Zirə

3

2

0

1

4-2

6

3.

İnter

3

1

2

0

4-3

5

4.

Qəbələ

2

1

1

0

2-0

4

5.

Sumqayıt

2

1

0

1

1-2

3

6.

Neftçi

3

1

0

2

2-4

3

7.

Kəpəz

3

0

2

1

2-4

2

8.

AZAL

4

0

1

3

1-11

1

Bombardirlər: Ruslan Abışov ("İnter"), Reynaldo ("Qarabağ") - 3 qol