1779
Londonun "Arsenal" futbol klubunun fransız əsillli baş məşqçisi Arsen Venqer olduqca iddialı açıqlama ılə çıxış edib. O, İngiltərə mətbuatına verdiyi açıqlamasında komandasının çempion titulunu qazanmağa qadir olduğunu vurğulayıb. Arsen Venqer: "Komandamızın hazırki heyəti olduqca güclüdür. Belə bir heyəti formalaşdırmaq üçün illərlə çalışmalı oldum. "Arsenal"ın əsas heyətini 24-28 yaşlı istedadlı, əzmkar, mübariz futbolçular təşkil edir. Onlar karyeralarının zirvə dövrlərindən birini yaşayırlar. Belə futbolçularla ən yüksək zirvələri fəth etmək mümkündür. Biz ona görə də istənilən komandanı məğlub etməyə qadir olduğumuzu sübut etməliyik. Mən həmişə çempion titulu qazana biləcəyimizə inanmış, heç vaxt ruhdan düşməmişəm. Hazırki heyətlə isə biz daha güclüyük. Ona görə də biz ancaq çempionluq uğrunda mübarizə aparacağıq", - deyib.
Qeyd edək ki, hazırda "Arsenal" 3 turdan sonra İngiltərə Premyer liqasında 8-ci yerdə qərarlaşıb.
Hazırladı: Əziz Mustafa