çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“Neftçi”nin baş məşqçisi həkim nəzarəti altındadır

10.09.2016 14:53 Oxundu 1510

“Neftçi”nin baş məşqçisi Vəli Qasımovun durumuna aydınlıq gəlib. 47 yaşlı mütəxəssisin vəziyyəti stabildi. “Neftçi”nin yaydığı məlumatda bildirilir ki, 47 yaşlı Qasımov stasionar şəraitdə müalicəsini davam etdirir: “Neftçi”nin baş məşqçisi Vəli Qasımov cümə günündən şənbə gününə keçən gecə hipertonik kriz ilə xəstəxanaya yerləşdirilib. Hazırda məşqçinin vəziyyəti stabildi və həkim nəzarəti altında stasionar şəraitdə müalicəsini davam etdirir.

Qeyd edək ki, Qasımov səhhəti ilə bağlı bu gün “Neftçi”ni “Qəbələ” ilə oyuna çıxara bilməyəcək. Onu köməkçisi Tofiq Mustafayev əvəzləyəcək.