1825
İngiltərə Premyer Liqasında bu gün 4-cü tura start verilib. Turun ən maraqlı qarşılaşması Mançesterdə keçirilib.
Belə ki, portuqaliyalı baş məşqçi Joze Mourinyonun başçılıq etdiyi və mövsümün ilk üç həftəsini xal itirmədən keçirərək qapısından yalnız bir top buraxan "Mançester Yunayted" ispaniyalı mütəxəssis Xosep Qvardiolanın baş məşqçisi olduğu, mövsümün ilk üç oyununu qələbə ilə başa vuran "Mançester Siti" ilə qarşılaşıb. Karyeraları ərzində ilk dəfə eyni şəhərin komandalarına rəhbərlik edən Joze Mourinyo və Xosep Qvardiolanın derbi sınağı maraqla izlənilib. "Old Trafford" stadionunda keçirilən matç qonaqların 2:1 hesabı (Qollar: De Bruyne, 15 (0:1), İxenaço, 36 (0:2), İbrahimoviç, 42) qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, xalını 12-ə çatdıran "Mançester Siti" turnir cədvəlinin ilk pilləsinə yüksəlib.