çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Xorvatiya mübarizəni dayandırdı

26.06.2016 00:17 Oxundu 236

1\8 final mərhələsinin ilk günündə ən çox maraq doğuran oyun Xorvatiya-Portuqaliya matçı idi. Bəzi mütəxəssislər xorvatları bu çempionatın gizli fovoritləri arasında görürlər. Portuqaliyadan da hər cür sürpriz gözləmək olar.

Gözləntilərin əksinə olaraq azarkeşlər bütün 90 dəqiqə ərzində darıxdırıcı oyunun şahidi oldular. Sanki hər iki komanda kəşfiyyat aparır, daha çox ehtiyat edirdilər. Bunun da nəticəsində əs vaxtda qapılar ağzinda təhlükəli vəziyyət yaratmaq mümkün olmadı.

Hakim final fitini çalarkən tablolardakı rəqəmlər dəyişməmişdi. Odur ki, qalibi müəyyən etmək üçün ispaniyalı hakim Karlos Velasko Karbalyo əlavə vaxt təyin etməli oldu.

Əlavə vaxtın birinci hissəsi əsas vaxtdan seçilmirdi. İkinci hissədə sanki hər iki komandanın ikinci nəfəsi açıldı. Gah bu, gah da digər komandanın qapısı təhlükəyə məruz qalırdı. Oyunun 116-cı dəqiqəsində Subaşiçin qoruduğu qapının dirəyindən dönən top Ronaldonun qarşısına düşdü. Onun başladığı əks hücümu Kuarejma məntiqi sonluğa çatdırdı: 1:0. Qalan 4 dəqiqə ərzində Xorvatlar rəqib qapısını ətəşə tutsa da vurulun topun əvəzini çıxa bilmədilər. Beləliklə, bu oyunun fovariti sayılan Xorvatıya millisi Avropa çempionatı ilə vidalaşdı.