1522
Bu gün Topaz Premyer Liqasında IV tura yekun vurulacaq. Son oyun günündə 2 görüş baş tutacaq. Əvvəlcə turnir cədvəlinin əks qütblərində 2-ci olan “Kəpəz”lə “Zirə” Gəncədə görüşəcək. Tarixində rəqibini məğlub etməyən paytaxt klubu bu uğursuz seriyaya son qoymaq əzmindədi. Son iki turda quru hesablı qələbə qazanan və zirvəyə şərik olan zirəlilər autsayderlər sırasında yer alan rəqibə qalib gələrək əldən verdiyi ikinciliyi geri qaytara bilər.
Turun son qarşılaşması Sumqayıtda baş tutacaq. Cari mövsümdə uduzmayan “İnter” səfərdə xal hesabını artırmağa cəhd edəcək. “Sumqayıt” isə mövsümdə ilk ev qələbəsini bayram etməyə iddialıdı.
Topaz Premyer Liqası
IV tur
11 sentyabr (bazar)
16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Coşqun Həsənov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu
20:30. “Sumqayıt” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rauf Cabbarov
Sumqayıt. Şəhər stadionu
|
1. |
Qarabağ |
4 |
3 |
0 |
1 |
12-2 |
9 |
|
2. |
Qəbələ |
3 |
2 |
1 |
0 |
10-0 |
7 |
|
3. |
Zirə |
3 |
2 |
0 |
1 |
4-2 |
6 |
|
4. |
İnter |
3 |
1 |
2 |
0 |
4-3 |
5 |
|
5. |
Sumqayıt |
2 |
1 |
0 |
1 |
1-2 |
3 |
|
6. |
Neftçi |
4 |
1 |
0 |
3 |
2-12 |
3 |
|
7. |
Kəpəz |
3 |
0 |
2 |
1 |
2-4 |
2 |
|
8. |
AZAL |
4 |
0 |
1 |
3 |
1-11 |
1 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) - 4 qol